Elanlar Kitablar Xəbərlər

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

ETN Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.

Əvvəlcə institutun baş direktoru akademik Akif Əlizadə akademik Əkpər Feyzullayevi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2025-ci il tarixli Sərəncamı ilə  Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə kollektiv adından təbrik edib.

Akademik Akif Əlizadə daha sonra müəssisənin yer təkində istilik-kütlə daşınma şöbəsinin kiçik elmi işçisi Pərviz Məmmədova yer elmləri üzrə fəlsəfə doktoru diplomunu təqdim edib, onun timsalında institutun istedadlı, zəhmətkeş gəncləri ilə fəxr etdiyini bildirib. O, həmçinin GGİ-də AMEA-nın 80 illik yubileyinə və Zəfər Gününə həsr olunmuş şahmat turnirinin qaliblərinə və iştirakçılarına müvafiq diplom, pul mükafatları və sertifikatları təqdim edib.

Daha sonra Elmi şuranın gündəliyi səsə qoyulub və təsdiqdən sonra ilk söz AMEA-nın müxbir üzvü Dadaş Hüseynova verilib.

Dadaş Hüseynov gündəliyin 2025-ci ildə tamamlanmış elmi tədqiqat işləri üzrə hesabatların müzakirəsi çərçivəsində “Alp-Himalay qırışıqlıq zonasının Qara dəniz-Xəzər seqmentinin müasir flüid aktivliyinin geodinamiki aspektləri (2023–2025)” mövzusunda təqdimat reallaşdırıb. Məruzəçi Avrasiya və Ərəbistan plitəsi konverqensiya zonasının Qara dəniz-Xəzər seqmentinin  flüd dinamikası ilə bağlı maraqlı tədqiqat işinin nəticələri barədə ətraflı danışıb, sonra suallar cavablandırılıb.

“Şərqi Paratetisin Oliqosen-Miosendə paleocoğrafi şəraiti və qəziyyələr stratiqrafiyası (2023–2025)” mövzusunda AMEA-nın müxbir üzvü Elmira Əliyeva təqdimatla çıxış edib. Alim çoxsaylı diaqram və xəritələrin nümayişi ilə apardığı təqdimatda elmi nəticələri diqqətə çatdırıb.

Elm və təhsilin inteqrasiyası istiqamətində Geologiya və Geofizika İnstitutunda yaradılmış baza kafedrasının fəaliyyəti ilə bağlı akademik Fəxrəddin Qədirov və f.-r.e.n. Əvəz Məmmədov (Bakı Dövlət Universiteti) çıxış ediblər. Bildirilib ki, BDU-nun Seysmologiya və yer təkinin fizikası kafedrası 2025-2026-cı tədris ilində də fəaliyyətinə davam etdirib. 250 saat dərs yükündə Azərbaycanın seysmik rayonlaşdırılması, yer fizikasının əlavə fəsilləri, seysmologiya, seysmometriya fənləri üzrə mühazirələr və praktik məşğələlər aparılıb.

Daha sonra Geologiya və Geofizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti haqqında g.-m.e.n. Kamran Əliyev geniş hesabatla çıxış edib, həmçinin bir sıra müxtəlif məsələlərə baxılıb. 

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Leave a Comment