Jurnal haqqında

 

Jurnalın təsisçisi və baş redaktoru filologiya elmləri doktoru, professor Rüfət Rüstəmovdur.

Jurnal ayda iki dəfə nəşr olunur. Jurnalın redaksiya heyətini görkəmli alimlər təşkil edir. Bu jurnal 2018-ci ildən 2025-ci ilə qədər fəaliyyət göstərmişdir. Jurnalda əsasən türk dili, türk ədəbiyyatı, Türkiyənin etnosu, türkologiya, tarix və mədəniyyət kontekstində filologiya və s. mövzulara aid müxtəlif məqalələr çap olunmuşdur.

Toplu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 04.07.2018-ci il tarixli (protokol № 11-R) qərarı ilə Bakı Dövlət Universitetinin “Türk Filologiyası” jurnalı *“Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”*nın filologiya elmləri bölməsinə daxil edilmişdir.

Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Reyestr № 4037.