DOI: https://doi.org/10.36719/2522-431X/20/64-67

 

Şövkət Nadirova

AMEA Nəsimi adına Dilçilik İnstitutu,

Azərbaycan dili tarixi şöbəsinin operatoru

shovket.nadirova@gmail.com

AZƏRBAYCAN DİLİNDƏ İŞLƏNƏN OXŞARMƏNALI VƏ ƏKSMƏNALI SÖZLƏR

Xülasə

Məqalədə dilin leksik-semantik sistemində mühüm yer tutan oxşarmənalı (sinonim) və əksmənalı (antonim) sözlərin xüsusiyyətləri araşdırılır. Qeyd olunur ki, sözlər arasındakı semantik münasibətlər dilin ifadə imkanlarını genişləndirir, nitqin dəqiqliyini və üslubi zənginliyini təmin edir. Tədqiqatda sinonimlərin eyni və ya yaxın məna ifadə edən, lakin fonetik tərkibi fərqli olan sözlər kimi səciyyələndirildiyi göstərilir və onların yaranma yolları – çoxmənalılıq, alınma sözlər, arxaizmlər, məcazi mənalar, evfemizmlər və digər üsullar əsasında izah olunur. Müxtəlif sahələrə aid sözlərdən gətirilən nümunələr vasitəsilə sinonimlərin dilin ifadəliliyini artırdığı və nitqin emosional çalarlarını zənginləşdirdiyi göstərilir, eyni zamanda məqalədə antonim sözlərin dilin leksik sistemindəki rolu təhlil edilir. Antonimlərin mənaca bir-birinə zidd olan sözlərdən ibarət olduğu, onların zaman, məkan, hərəkət, kəmiyyət və keyfiyyət kimi semantik sahələrdə daha çox müşahidə edildiyi vurğulanır. Ədəbi mətnlərdən gətirilən nümunələr əsasında antonimlərin bədii ifadədə təzad yaratmaq və fikrin daha aydın çatdırılmasında mühüm vasitə olduğu göstərilir.

Nəticə etibarilə müəllif belə qənaətə gəlir ki, sinonim və antonimlər dilin leksik-semantik sisteminin əsas elementlərindəndir və onların öyrənilməsi nitqin ifadəliliyinin artırılması, dilin üslubi imkanlarının genişləndirilməsi və ünsiyyət prosesinin daha səmərəli qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.

     Açar sözlər: Sinonim, antonim, leksik-semantik xüsusiyyətlər.

THE USE OF SYNONYMOUS AND ANTONYMOUS WORDS İN AZERBAİJANİ LANGUAGE 

Abstract

The article examines the characteristics of synonymous and antonymous words, which occupy an important place in the lexical-semantic system of a language. It is noted that semantic relations between words expand the expressive potential of the language, ensuring precision and stylistic richness of speech. The study defines synonyms as words that express identical or similar meanings but differ in their phonetic structure, and explains their formation through various means, such as polysemy, loanwords, archaisms, figurative meanings, euphemisms, and other mechanisms. Through examples drawn from different domains, the role of synonyms in enhancing expressiveness and enriching the emotional nuances of speech is demonstrated, at the same time, the article analyzes the role of antonyms in the lexical system of the language. It is emphasized that antonyms consist of words with opposite meanings and are most frequently observed in semantic fields such as time, space, movement, quantity, and quality. Based on examples from literary texts, the study shows that antonyms serve as an important stylistic device for creating contrast and conveying ideas more clearly.

In conclusion, the author asserts that synonyms and antonyms are fundamental elements of the lexical-semantic system of a language, and their study is of great importance for increasing expressiveness, expanding stylistic possibilities, and improving the effectiveness of communication.

     Keywords: Synonym, antonym, lexical-semantic features.

СИНОНИМИЧЕСКИЕ И АНТОНИМИЧЕСКИЕ СЛОВА, УПОТРЕБЛЯЕМЫЕ В АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ

Резюме

В статье исследуются особенности синонимических и антонимических слов, занимающих важное место в лексико-семантической системе языка. Отмечается, что семантические отношения между словами расширяют выразительные возможности языка, обеспечивая точность и стилистическое богатство речи. В исследовании синонимы характеризуются как слова, выражающие одинаковое или близкое значение, но различающиеся по своему фонетическому составу, и объясняются пути их образования — многозначность, заимствования, архаизмы, переносные значения, эвфемизмы и другие способы. На примерах из различных сфер демонстрируется, что синонимы усиливают выразительность языка и обогащают эмоциональные оттенки речи, в то же время в статье анализируется роль антонимов в лексической системе языка. Подчеркивается, что антонимы представляют собой слова с противоположным значением и наиболее часто встречаются в таких семантических сферах, как время, пространство, движение, количество и качество. На основе примеров из художественных текстов показано, что антонимы являются важным средством создания контраста и более четкой передачи мысли.

В заключение автор приходит к выводу, что синонимы и антонимы являются основными элементами лексико-семантической системы языка, а их изучение имеет важное значение для повышения выразительности речи, расширения стилистических возможностей языка и повышения эффективности коммуникации.

     Ключевые слова: Cиноним, антоним, лексико-семантические особенности.

 

Davamı – Şövkət Nadirova

Leave a Comment