DOI: https://doi.org/10.36719/2522-431X/20/15-23

Bənovşə Hacıyeva

BDU-nun Şərqşünaslıq fakültəsi,

Türk filologiyası kafedrası

Dosent, Filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-8683-3825

b.haciyeva@mail.ru

TÜRKİYƏ TÜRKÇƏSİNDƏ DİALEKT LEKSİKASININ TARİXİ, SEMANTİK VƏ FUNKSİONAL ASPEKTLƏR ÜZRƏ SİSTEMLİ TƏHLİLİ

Xülasə

Türkiyə Türkcəsində dialekt sözlər dilin tarixi inkişafının, etnoqrafik müxtəlifliyinin və sosial-mədəni transformasiyalarının mühüm göstəricisidir. Dialekt leksikası yalnız lokal danışıq xüsusiyyətlərini deyil, həm də qədim türk dilinin izlərini qoruyub saxlayan canlı sistemdir. Bu baxımdan dialekt sözlərin öyrənilməsi həm leksikologiya, həm dialektologiya, həm də tarixi dilçilik üçün fundamental əhəmiyyət kəsb edir. Dialekt sözləri müəyyən coğrafi əraziyə məxsus olub, ədəbi dil norması daxilində sabitləşməmiş leksik vahidlərdir.

Dialekt sözlər dialektlər “dilin tarixini, mədəni qatlarını və semantik inkişafını qoruyan canlı arxivdir” Dialekt sözlərin formalaşma mexanizmləri fonetik dəyişmələr, semantik transformasiya, qədim sözlərin qorunması və başqa dillərin təsiri əsasında formalaşır. Bu proseslər dilin “canlı inkişaf mexanizmi” kimi xarakterizə oluna bilər.

Dialekt sözlərin təsnifatı və semantik strukturunu arxaik dialekt sözlər (yavuk-yaxın, göyünmek-kədərlənmək, teg-kimi), regional sinonimlər (çocuk – uşak); məişət və təsərrüfat leksikası (döven, tırmık, çepel); ekspressiv və emosional leksikayla bağlı sözlər (zırto, gıcık, zıpır, dangalak), semantik transformasiyalar (adam-bəzi bölgələrdə “ər” mənasında) formalaşdırır.

Arxaik dialekt sözlər qədim türk dilinin izlərini qoruyur. Bu tip sözlər dilin diaxron inkişafını izləmək üçün əsas mənbə sayılır. Regional sinonimlər dilin areal müxtəlifliyini göstərir. Dialektlərdə kənd təsərrüfatı və gündəlik həyatla bağlı sözlər üstünlük təşkil edir. Xalqın həyat tərzi dilə əks olunaraq dialekt leksikasını formalaşdırır. Dialektlərdə emosional yüklü sözlər daha zəngindir. Emosional və ekspressiv leksika danışıq dilinin üslubi rəngarəngliyini artırır.

Bədii ədəbiyyatda dialekt sözlərin funksiyası olduqca genişdir. Dialekt sözlər bədii ədəbiyyatda realizm, kolorit və xarakter yaratmaq üçün geniş istifadə olunur. Türkiyə Türkcəsi vahid ədəbi dilə malik olsa da, ölkə daxilində çox zəngin dialekt (ağız) müxtəlifliyi mövcuddur. Bu dialektlər coğrafi, tarixi və etnik amillərin təsiri ilə formalaşmışdır.

Müasir dilçilikdə dilin leksik sistemi yalnız ədəbi norma çərçivəsində deyil, həm də onun periferiyasında yerləşən dialekt və şivə qatları ilə birlikdə öyrənilir. Bu baxımdan Türkiyə türkcəsində dialekt leksikasının tədqiqi yalnız regional dil fərqliliklərinin müəyyənləşdirilməsi baxımından deyil, həm də dilin tarixi inkişafının, semantik transformasiyalarının və mədəni yaddaşının araşdırılması baxımından xüsusi aktuallıq kəsb edir. Məqalədə Türkiyə Türkçəsinin dialekt leksikasının formalaşması prosesinin əsas xüsusiyyətləri araşdırılmış, ədəbi dilin formalaşmasında xalq danışıq dilinin rolu vurğulanaraq dilin semantik və funksional inkişaf mexanizmlərinin təhlili aparılmışdır.

     Açar sözlər: Türk dili, leksikologiya, Türk ləhçələri, dialekt sözlər                                                                       

HISTORICAL, SEMANTIC AND FUNCTIONAL ANALYSIS OF DIALECT LEXIS IN TURKISH

Abstract

Dialect words in Turkish are an important indicator of the historical development of the language, its ethnographic diversity, and socio-cultural transformations. Dialect lexis is a living system that reflects not only local speech characteristics, but also preserves traces of Old Turkic. In this regard, the study of dialect words is of fundamental importance for lexicology, dialectology, and historical linguistics.

Dialect words are lexical units associated with a particular geographical area and not firmly established within the norms of the literary language. Dialect lexis may be regarded as a “living archive of the language”, preserving its historical, cultural, and semantic layers. The mechanisms through which dialect words are formed include phonetic changes, semantic transformations, the preservation of archaic words, and the influence of other languages. These processes may be characterized as a “living mechanism of language development”.

The classification and semantic structure of dialect lexis are shaped by archaic dialect words, such as yavuk ‒ “near”, göyünmek ‒ “to grieve”, teg ‒ “like/as”; regional synonyms, such as çocukuşak; household and agricultural vocabulary, such as döven, tırmık, çepel; expressive and emotionally marked words, such as zırto, gıcık, zıpır, dangalak; and cases of semantic transformation, for example, the word adam, which in some regions is used in the sense of “husband”.

Archaic dialect words preserve traces of Old Turkic. Words of this type serve as an important source for tracing the diachronic development of the language. Regional synonyms demonstrate the areal diversity of the language. In dialects, vocabulary related to agriculture and everyday life occupies a prominent place. The way of life of the people is reflected in language and contributes to the formation of dialect lexis. Emotionally charged words are particularly rich in dialects. Emotional and expressive lexis enhances the stylistic diversity of spoken language.

Dialect words perform a wide range of functions in literary texts. They are widely used in fiction to create realism, local color, and character portrayal. Although Turkish has a unified literary language, it also possesses a rich variety of dialects and local speech forms within the country. These dialects have developed under the influence of geographical, historical, and ethnic factors.

In modern linguistics, the lexical system of a language is studied not only within the framework of the literary norm, but also together with the dialectal and subdialectal layers located on its periphery. In this regard, the study of dialect lexis in Turkish is of particular relevance not only for identifying regional linguistic differences, but also for examining the historical development of the language, its semantic transformations, and its cultural memory. The article explores the main features of the formation of dialect lexis in Turkish, emphasizes the role of folk spoken language in the formation of the literary language, and analyzes the mechanisms of the semantic and functional development of the language.

     Keywords: Turkish language, lexicology, Turkic dialects, dialect words

ИСТОРИКО-СЕМАНТИЧЕСКИЙ И ФУНКЦИОНАЛЬНЫЙ АНАЛИЗ ДИАЛЕКТНОЙ ЛЕКСИКИ В ТУРЕЦКОМ ЯЗЫКЕ

Резюме

Диалектные слова в турецком языке являются важным показателем исторического развития языка, этнографического разнообразия и социокультурных трансформаций. Диалектная лексика представляет собой живую систему, отражающую не только особенности местной разговорной речи, но и сохраняющую следы древнетюркского языка. В этом отношении изучение диалектных слов имеет фундаментальное значение как для лексикологии и диалектологии, так и для исторического языкознания.

Диалектные слова представляют собой лексические единицы, характерные для определённой географической территории и не закрепившиеся в пределах нормы литературного языка. Диалектная лексика может рассматриваться как «живой архив языка», сохраняющий его исторические, культурные и семантические пласты. Механизмы формирования диалектных слов связаны с фонетическими изменениями, семантическими трансформациями, сохранением архаической лексики, а также влиянием других языков. Эти процессы позволяют охарактеризовать диалектную лексику как проявление «живого механизма развития» языка.

Классификацию и семантическую структуру диалектной лексики формируют архаические диалектные слова (yavuk ‒ близкий, göyünmek ‒ печалиться, teg ‒ как), региональные синонимы (çocuk ‒ uşak), бытовая и хозяйственная лексика (döven, tırmık, çepel), слова, связанные с экспрессивной и эмоциональной лексикой (zırto, gıcık, zıpır, dangalak), а также случаи семантической трансформации, например слово adam, которое в некоторых регионах употребляется в значении «муж».

Архаические диалектные слова сохраняют следы древнетюркского языка. Слова данного типа являются важным источником для изучения диахронического развития языка. Региональные синонимы отражают ареальное разнообразие языка. В диалектах значительное место занимает лексика, связанная с сельским хозяйством и повседневной жизнью. Образ жизни народа, находя отражение в языке, формирует диалектную лексику. В диалектах особенно богато представлена эмоционально окрашенная лексика, которая усиливает стилистическое разнообразие разговорной речи.

Функции диалектных слов в художественной литературе весьма широки. Они активно используются для создания реалистичности, локального колорита и речевой характеристики персонажей. Несмотря на наличие единого литературного языка, турецкий язык обладает богатым диалектным разнообразием внутри страны. Эти диалекты сформировались под влиянием географических, исторических и этнических факторов.

В современном языкознании лексическая система языка изучается не только в рамках литературной нормы, но и с учётом периферийных пластов ‒ диалектов и говоров. В этом контексте исследование диалектной лексики турецкого языка имеет особую актуальность не только с точки зрения выявления региональных языковых различий, но и в аспекте изучения исторического развития языка, его семантических трансформаций и культурной памяти. В статье рассматриваются основные особенности процесса формирования диалектной лексики турецкого языка, подчёркивается роль народной разговорной речи в становлении литературного языка, а также анализируются механизмы семантического и функционального развития языка.

     Ключевые слова: турецкий язык, лексикология, тюркские диалекты, диалектные слова

 

Davamı – Bənovşə Hacıyeva

Leave a Comment