DOI: https://doi.org/10.36719/2522-431X/20/50-54
Fidan Nəzirova
BDU, Şərqşünaslıq fakültəsi,
Türk filologiyası kafedrası
fidannezirova01@gmail.com
Xalidə Nüsrət Zorlutunanın yaradıcılığında müəllimlik dəyərləri
Xülasə
Milli ədəbiyyat dövrünün görkəmli nümayəndələrindən biri olan Xalidə Nüsrət Zorlutunanın yaradıcılığı müəllimlik peşəsinə dərin bağlılığı və idealist ruhu ilə seçilir. O, əsərlərində həyatının ən gizli tərəflərini oxucu ilə səmimi şəkildə bölüşmüşdür. Müəllimliyi cəmiyyətin gələcəyini formalaşdıran ən müqəddəs peşə kimi qəbul edən Xalidə Nüsrət, yaradıcılığında müəllimlik dəyərlərini əsas tutmuşdur. Xüsusilə “Mənim kiçik dostlarım” və “Bir dövrün romanı” adlı xatirə əsərləri onun yaradıcılığında xüsusi yer tutmuş, müəllimlik duyğusunu və pedaqoji düşüncələrini bütün incəlikləri ilə əks etdirmişdir. Dürüstlük, çalışqanlıq və vətənpərvərlik kimi mövzulardan bəhs edərək şagirdlərini düzgün istiqamətləndirmiş, bununla da ədəbiyyatın tərbiyəvi mahiyyətini ön plana çıxarmışdır.
Açar sözlər: müəllim, türk ədəbiyyatı, qadın, təhsil, şagird
Teaching values in the works of Halide Nusret Zorlutuna
Abstract
The works of Halide Nusret Zorlutuna, one of the prominent representatives of the National Literature period, are distinguished by her deep dedication to the teaching profession and her idealistic spirit. In her writings, she sincerely shared the most intimate aspects of her life with the reader. Considering teaching as the most sacred profession that shapes the future of society, Halide Nusret Zorlutuna placed pedagogical values at the center of her literary work. In particular, her memoirs “My Little Friends” and “A Novel of an Era” hold a special place in her oeuvre, reflecting her teaching sentiment and pedagogical ideas in all their subtlety. By addressing themes such as honesty, diligence, and patriotism, she guided her students in the right direction, thereby highlighting the educational function of literature.
Keywords: teacher, turkish literature, woman, education, student
Учительские ценности в творчестве Халиде Нусрет Зорлутуна
Резюме
Творчество Халидэ Нюсрет Зорлутуны, одной из выдающихся представительниц периода национальной литературы, отличается глубокой привязанностью к профессии учителя и идеалистическим духом. В своих произведениях она искренне делилась с читателем самыми сокровенными сторонами своей жизни. Считая учительство самой священной профессией, формирующей будущее общества, Халидэ Нюсрет в центре своего творчества ставила педагогические ценности. Особенно выделяются её мемуарные произведения “Мои маленькие друзья” и “Роман эпохи”, в которых подробно отражены её педагогические чувства и мысли. Рассуждая о честности, трудолюбии и патриотизме, она направляла учеников на правильный путь, тем самым подчёркивая воспитательную функцию литературы.
Ключевые слова: педагог, турецкая литература, женщина, образование, ученик

Leave a Comment