DOI: https://doi.org/10.36719/2522-431X/20/42-49
Namiq Əhmədov
Filologiya üzrə fəlsəfə doktoru
Bakı Dövlət Universiteti
Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrası
ORCID 0000-0003-1970-182X
E-mail: tuqay59@mail.ru
+994 55 310 41 85
I Türkoloji Qurultay və Krım ziyalılarının
ümumtürk dil birliyi ideyasına töhfələri
Xülasə
Məqalə I Türkoloji Qurultayın hazırlanması və keçirilməsində Krım tatar ziyalılarının mühüm rolunu vurğulayır. Qurultayın işində 9 nəfər Krım tatarı iştirak edirdi. Onlardan 6-sı Krımı təmsil edərək gəlmişdi. Krım nümayəndələri bu toplantıya planlı və məqsədyönlü şəkildə hazırlaşmış, onu ümumtürk birliyi və gələcəyinin müəyyənləşdirilməsi üçün mühüm platforma kimi dəyərləndirmişlər.
Krım tatar ziyalıları yeni əlifba, maarifçilik və milli özünüdərk məsələlərində fəallıq göstərərək qurultayın ideya istiqamətinə təsir etmişlər. Xüsusilə, Krım nümayəndələri bu prosesdə təşəbbüskar və yönverici mərkəzlərdən biri kimi çıxış etmiş, latın əlifbasına keçid məsələsində vahid mövqenin formalaşmasına töhfə vermişlər. Qurultayda təqdim olunan 38 məruzədən 4-nün onlara məxsus olması bu fəallığın göstəricisidir. I Türkoloji Qurultayın Rəyasət Heyətinə seçilənlər sırasında Krım nümayəndəsi Ağçoqraqlının da olması bu nüfuzun təsdiqi idi.
Açar sözlər: Krım, Türkoloji Qurultay, Bakı, ortaq əlifba, türk dünyası.
Abstract
The article highlights the significant role of Crimean Tatar intellectuals in the preparation and implementation of the First Turkological Congress. A total of eight Crimean Tatars participated in the congress, six of whom directly represented Crimea. The Crimean delegates approached the congress in a planned and purposeful manner, evaluating it as an important platform for defining the unity and future of the Turkic world.
Crimean Tatar intellectuals actively contributed to issues such as the new alphabet, enlightenment, and national self-awareness, thereby influencing the ideological direction of the congress. In particular, they acted as one of the initiative-taking and guiding centers in this process and played a key role in shaping a unified stance on the transition to the Latin alphabet. The fact that four out of the 38 reports presented at the congress belonged to them demonstrates their active participation. The inclusion of a Crimean representative, Ağçoqraqlı, among the members of the Presidium further confirms their influence and authority.
Keywords: Crimea, Turkological Congress, Baku, common alphabet, Turkic world.

Leave a Comment